İddiaçılar Turniri: Rəcəbov revanş ala biləcəkmi?

İddiaçılar Turniri: Rəcəbov revanş ala biləcəkmi?

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster IX turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Tərəflər arasında ilk dövrədəki görüş rəqib şahmatçının qələbəsi ilə yekunlaşıb.

Rəcəbov hazırda 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Nakamura 4,5 xalla üçüncüdür. Sıralamaya 6 xala sahib Yan Nepomnyaşi başçılıq edir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri IX tur

Teymur Rəcəbov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) Alireza Firuzca (Fransa) - Rixard Rapport (Macarıstan) Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (FIDE) - Dinq Liren (Çin) - Yan-Kşiştof Duda (Polşa)

Xal durumu: Nepomnyaşi - 6, Karuana - 5, Nakamura - 4,5, Rapport - 4, Liren - 3,5, Duda, Rəcəbov, Firuzca - 3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər