İddiaçılar Turniri: Nicat Abasov mübarizəyə başlayır

İddiaçılar Turniri: Nicat Abasov mübarizəyə başlayır

Bu gün Kanadanın Toronto şəhərində şahmat üzrə "İddiaçılar Turniri" start götürəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov da mübarizəyə başlayacaq.

28 yaşlı qrossmeysterimiz I turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.

I turda həmçinin, Fabiano Karuana - Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) - Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş - Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər