İngiltərə Premyer Liqasının bu gün baş tutan "Mançester Yunayted" - "Lester" matçında ilginc olay yaşanıb.
Fanat.Az xəbər verir ki, "Old Trafford"da baş tutan qarşılaşmanın gedişində meydan sahiblərinin ulduzu Zlatan İbrahimoviçin həddən artıq bənzəyən bir azarkeş meydana daxil olub.
İbrahimoviçin fanatı olan və özünü ona bənzədən ingilis fanat mühafizəçilərdən yayınaraq isveçli ulduza yaxınlaşıb. Bir anda bənzəri ilə üz-üzə qalan futbolçu sanki şoka düşüb. İbrahimoviçlə bir qədər söhbət edən fanatı mühafizəçilər meydandan uzaqlaşdırıb.
Fanat.Az