I divizionda görünməmiş hadisə: hakim oyunu dayandırdı və...

I divizionda görünməmiş hadisə: hakim oyunu dayandırdı və...

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın vəəvəzedicilərin çempitnatının XXVII, I divizionun XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Premyer Liqada "Qarabağ" "Sumqayıt"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib. Əvəzedicilərin çempionatında isə "Neftçi", AZAL, "Qarabağ" 4, "Kəpəz" 5 futbolçusu sarı vərəqə aldığı üçün 400 manat cərimə edilib.

I divizionun "Energetik" - "Bakılı" oyununda meydan sahiblərindən Elçin Qasımov ikinci sarı vərəqəni alaraq meydançadan kənarlaşdırıldığı üçün 1, qonaqlardan Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə qovulduğuna görə 3 oyunluq cəzalandırılıb. Mingəçevir klubu 20, Bakı təmsilçisi 160 manat cərimə edilib. "Energetik" 5 futbolçusu sarı vərəqə aldığından əlavə 80 manat ödəyəcək.

Oyunun 61-ci dəqiqəsində hakim qarşılaşmanı əsassız olaraq dayandırıb və 15 dəqiqə fasilədən sonra yenidən bərpa edib. Hakimlər Komitəsinə və Hakim-İnspektorlar Komitəsinə oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, oyunu Qorxmaz Eldarov idarə edib. Matçın hakim-inspektoru isə Qabil Nərimanov olub.

“Səbail” “Şəmkir”lə oyunda 6 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimələnib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər