I divizion oyunları ARB-də

I divizion oyunları ARB-də

Topaz Premyer Liqasının və I divizionun oyunlarının yayım hüququna sahib olan “CBC Sport” bu mövsüm ancaq elita oyunlarını yayımlayacaq.

Fanat.Az futbolinfo.az-a istinadən xəbər verir ki, I divizion oyunları ARB kanalı vasitəsi ilə ekranlara gətiriləcək. “CBC Sport”un texniki avadanlıqları yetərincə olmadığından, bu kanal yalnız Premyer Liqa matçları ilə işini bitmiş sayacaq.

ARB-yə divizion oyunlarını yayımlamağı Peşəkar Futbol Liqası təklif edib. Regional Televiziyalar Birliyi də təklifi müsbət cavablandırıb və bu haqda tezliklə rəsmi məlumat veriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər