I Divizion: Üç klub xərəkdaşıyanlara görə cəzalandırıldı

I Divizion: Üç klub xərəkdaşıyanlara görə cəzalandırıldı
Futbol üzrə Azərbaycan I Divizionunun ilk turunun "Sumqayıt-2” – "Qarabağ-2” topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulub.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, analoji hal "Qaradağ Lökbatan” – MOİK matçında da yaşanıb. Bu səbəbdən hər iki oyunun meydan sahibi olan klublara 80 manat cərimə kəsilib.
"Turan Tovuz”la görüşdə isə topdaşıyan və xərəkdaşıyan şəxslər vaxtında təmin olunmadığı üçün "Zaqatala” eyni məbləğdə cərimə ödəməli olacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər