Holland ulduz karyerasını bərpa etmək fikrinə düşüb - ÖZÜ DEDİ

Holland ulduz karyerasını bərpa etmək fikrinə düşüb - ÖZÜ DEDİ
Ötən yay butslarını mıxdan asdığını deyən Aryen Robben peşəkar karyerasını bərpa etmək niyyətindədi.
 
Fanat.Az xəbər verir ki, Niderland millisinin 36 yaşlı sabiq üzvü Almaniya mətbuatına açıqlama verib:
 
"Karyeramı başa vurandan sonra futbol üçün elə də çox darıxmırdım. Amma müəyyən vaxtdan sonra beynimə "bəlkə bir az da oynayım” kimi fikirlər doldu. Belə fikirlər hələ də var. Mən hələ də idmançıyam. Karyeramı bərpa etmək barədə tez-tez düşünürəm”.
 
Qeyd edək ki, karyerasının son illərini "Bavariya”da keçirən Robben, Madrid "Real”ı, "Çelsi”, PSV kimi klublarda da top qovub. O, Almaniyada 8, İngiltərədə 2, İspaniya və Hollandiyada isə 1 dəfə çempionluq yaşayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər