"Holandın qarşısında titrəməyəcəyik" - Qoretska

"Holandın qarşısında titrəməyəcəyik" - Qoretska

"Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretska "Mançester Siti" ilə Çempionlar Liqasının 1/4 final görüşünü səbirsizliklə gözləyir.

Fanat.Az xəbər verir ki, "Goal" 28 yaşlı alman futbolçunun Erlinq Holand və onun komandası ilə duellər barədə dediklərini belə çatdırıb:

“Bayern” “Mançester Siti”yə qarşı – bu, Çempionlar Liqasının möhtəşəm finalı olardı. Amma biz 1/4 finalda oynayacağıq. Möhtəşəm duelə hazır olacağıq. Holanda gəlincə, daha çox qol vurmaq üçün ondan meydanda necə davranmağı, mövqe seçməyi öyrənməlisən.Ancaq "Bayern"də heç kim onun qarşısında titrəmir. Biz Holanda qarşı yox, "Mançester Siti" ilə oynayacağıq".

Xatırladaq ki, ÇL-in 1/4 final görüşləri aprelin 11 və 19-da keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər