Holand "Siti"yə uğur gətirən ritualdan danışdı: "Biz bu ağacı bayıra çıxarırıq və..."

Holand "Siti"yə uğur gətirən ritualdan danışdı: "Biz bu ağacı bayıra çıxarırıq və..."

"Mançester Siti"nin hücumçusu Erlinq Holand hansı ritualın komandasına uğur gətirdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:

"Bonsay ağacını sulamaq və düzgün şəkildə işıqlandırmaq lazımdır. Komanda ondan enerji alır. Biz bu ağacı bayıra çıxarırıq və o, bizə hopur. Bu ritual komandaya uğurlar gətirir".

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Holand cari mövsüm bütün turnirlərdə 35 oyuna çıxaraq 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər