Hicran Şərifov gənc hakimin akkreditasiya kartını zorakılıqla alaraq arenaya daxil olub - İDDİA

Hicran Şərifov gənc hakimin akkreditasiya kartını zorakılıqla alaraq arenaya daxil olub - İDDİA
Həvəskar güləşçi, Yardımlı rayon sakini Turab Əli oğlu Rahibov Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarıışması zamanı baş vermiş qanun pozuntusu barədə məlumat verib.
"21 iyul 2019-cu il tarixdə Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışının ilk günü, Güləş Federasiyasının prezidenti Namiq Əliyevin VİP zonadan yarışları izləyərkən Hicran Şərifov gənc güləş hakimi Əli Babayevin akkreditasiya kartını zorakılıqla alaraq qanunu pozaraq arenaya daxil olub. Bu azmış kimi VİP zona yəni protokol zona daxil olaraq yüksək vəzifəli güləş nümayəndələrinə yaxınlaşıb heç nə baş verməmiş kimi yarışmaya tamaşa edib. Bunu isə heç kəs hiss etməyib. Şəkildə göründüyü kimi VİP zonadakıların akkreditasiya kartı qırmızı zolaqlı digərlərinin, yəni hakimlərin isə göy zolaqlı olur.
Nəzərə alsaq ki, Hicran Şərifov bu mötəbər yarışlara heç hakim kimi dəvət almayıb. Güləş Federasiyasında da heç bir vəzifə sahibi deyil və orada işləmir. Sadəcə olaraq güləş hakimi kimi dəvət alaraq ora gəlib. 
Nəzərə almalıyıq ki, Hicran Şərifov daxili işlər orqanlarının və Milli Olimpiya Komitəsinin əməkdaşıdır, qanunu qorumaqdansa, qanunlara düzgün riayət etməkdənsə, onu pozmağa üstünlük verir. Hicran Şərifov nəyə arxayın olub ciddi qanun pozuntusuna yol verib? Mən mətbuat vasitəsi ilə hüquqmühafizə orqanlarına müarciət edib xahiş edirəm, bu qanunsuzluq faktını obyektiv araşdırıb Hicran Şərifovun barəsində qanuna müvafiq tədbirlər görəsiniz" deyə güləşçi bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq... (Regionxeberleri.com)
 
Hicran Şərifov gənc hakimin akkreditasiya kartını zorakılıqla alaraq arenaya daxil olub - İDDİA
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər