"Həyatımda bu qədər ağıllı olan çox az adam görmüşəm"

"Həyatımda bu qədər ağıllı olan çox az adam görmüşəm"

İtaliya futbolunun canlı əfsanələrindən olan Canluici Buffon PSJ-də rəhbərliyi altında oynadığı Tomas Tuxelin "Bayern Münhen"in baş məşqçisi təyin edilməsinə münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, "Parma"nın 45 yaşlı qapıçısının dediklərini "Bayern&Germany" belə çatdırıb:

"Tuxel çox ağıllıdır. Mən həyatımda bu qədər ağıllı olan çox az adam görmüşəm. O, futbolçuları idarə etməyi, lazım gələn anda onlara qayğı göstərməyi bacaran mütəxəssisdir. Pozitiv biridir və səmimi adamdır. Onun məşqlərində iştirak edirsənsə, yüksək səviyyəli mütəxəssislə çalışdığını dərhal anlayırsan".

Qeyd edək ki, Tuxel PSJ-də 2018-2020-ci illər aralığında işləyib və Paris təmsilçisini tarixində ilk və indilik son dəfə Çempionlar Liqasının finalına daşıyıb. Buffon isə Fransa nəhənginin formasını 2018-2019-cu illərdə geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər