"Hesab heç kimi aldatmasın" - Elmar Baxşıyev

"Hesab heç kimi aldatmasın" - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. 

Fanat.Az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sumqayıt” son pillələrdə qərarlaşmasına baxmayaraq, heyətində yaxşı futbolçuların cəmləşdiyi bir kollektivdir. Hesab heç kimi aldatmasın. "Sumqayıt" bizə çətin anlar yaşatdı. Komanda görüşə ilk dəqiqədən dinamik və istədiyimiz formada yanaşdı. Ümumi götürəndə futbolçularımın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha da məzmunlu oyun nümayiş etdirəcəyik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər