"Hər zaman limitə qarşı olmuşam" - Samir Abasov 

"Hər zaman limitə qarşı olmuşam" - Samir Abasov 

"Neftçi"nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibə bildirib.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis qərarlarla tam tanış olmadığını deyib:

"Açığı, çıxarılan qərarlarla tanış deyiləm. Hər zaman limitə qarşı olmuşam. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə "niyə limit ləğv olunmur" sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər