"Hər başlanğıcın bir sonu var" - De Byazi 

"Hər başlanğıcın bir sonu var" - De Byazi 

Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi ölkəsinin mətbuatına açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, 67 yaşlı italiyalının dediklərini  "Tuttomercato" belə çatdırıb:

"Hər başlanğıcın bir sonu var. Yetərincə gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub edə bildik".

O, yeni təkliflərə açıq olduğunu söyləyib: "Hazırda Milad bayramını gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram".

Qeyd edək ki, De Byazi AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında verilən qərara əsasən, Azərbaycan millisindən gedib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər