Həmyerlisi İbrahimoviçin uğurunu 22 ildən sonra təkrarladı

Həmyerlisi İbrahimoviçin uğurunu 22 ildən sonra təkrarladı

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda öz meydanında "Lill"i 2:0 hesabı ilə yenən Lissabon "Sportinq"inin isveçli hücumçusu Viktor Dyökereş həmyerlisi Zlatan İbrahimoviçin uğurunu təkrarlayıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, 26 yaşlı Dyökereş Fransa təmsilçisinin qapısına yol taparaq 2002-ci ildən bəri ÇL-dəki debüt matçında qol vuran ilk isveçli olub.

Qeyd edək ki, sözügedən futbolçunun "Sportinq"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı skandinaviyalı forvardın transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər