Latviya birinci liqasında 4-cü tura yekun vurulub. Fanat.Az xəbər verir ki, Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" "Stayçeles Bebri"ni qəbul edib.
Hesabı qonaqlar açsa da, son nəticədə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.Oyuna start “11-lik”də başlayan Vüqar 32-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb və zədələndiyi üçün dərhal əvəzlənib.
Vüqarın komandası 4 turdan sonra 9 xalla 4-cü pillədədi.
Fanat.Az