Həmyerlimiz oynadı, komandası uduzdu

Həmyerlimiz oynadı, komandası uduzdu

Almaniya Gənclər Bundesliqasının cənub zonasında XXVI turun oyunları keçirilir.

 

Fanat.Az-ın məlumatına görə, gənclər millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi "Ayntraxt” klubunun U-19 kollektivi də növbəti oyununu keçirib.

 

Frankfurtlular doğma meydanda "Haydenhaym”la üz-üzə gəlib. Görüş "Ayntraxt”ın 2:3 hesablı yenilgisiylə yekunlaşıb.

İntizamsızlığına görə komandadan qovulan Renat Dadaşovdan sonra Frankfurt klubunda çıxış edən yeganə futbolçumuz Murad Mahmudov oyunun iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, 26 oyuna 27 xal yığan "Ayntraxt” turnir cədvəlində 11-ci yerdədi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər