Hemiltonun Kanadanın koronavirusa yoluxan "birinci xanım"ı ilə görüşdüyü ortaya çıxdı

Hemiltonun Kanadanın koronavirusa yoluxan "birinci xanım"ı ilə görüşdüyü ortaya çıxdı
Kanadanın baş naziri Castin Trudonun həyat yoldaşı Sofi Qrequar-Trudoya koronavirus COVID-19 diaqnozu qoyulub.
Fanat.az xəbər verir ki, Sofi Qrequar-Trudo martın 4-də "Uembli"də keçirilən tədbirdə iştirak edib. Həmin mərasimə "Formula 1" pilotu Lyuis Hemilton, aktyor İdris Elba, aktrisa Qvendolin Kristi, şef-aşpaz Ceymi Oliver və müğənni Leon Luis də qatılıb.
 
Hemilton tədbir zamanı Kanadanın "birinci xanım"ı ilə görüşüb. Onlar hətta birlikdə xatirə şəkli də çəkdiriblər.
Qeyd edək ki, Castin Trudo hazırda karantində saxlanılır. İndilik onda xəstəliyin simptomları aşkarlanmayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər