Həftənin oyunçusu adına namizədlər

Həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. 

Fanat.Az xəbər verir ki, bu görüşlərdən sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Avropa Liqasında namizədlər sırasında "Roma"dan (İtaliya) Paulo Dibala, "Mançester Yunayted"dən (İngiltərə) Brunu Fernandeş, "Bayer Leverkuzen"dən (Almaniya) Edmond Tapsoba və "Yunion" komandasından (Belçika) Viktor Bonifase yer alıb.

Konfrans Liqasında isə "Vest Hem"dən (İngiltərə) Maykl Antonio, AZ-dan (Niderland) Yesper Karlsson, "Slovan"dan (Bratislava, Slovakiya) Vladimir Vayss və "Lex"dən (Polşa) Antonio Miliç bu ada iddia edirlər. 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər