"Heç vaxt nəyisə bu qədər tez edən komanda çalışdırmamışam" - Nagelsman

"Heç vaxt nəyisə bu qədər tez edən komanda çalışdırmamışam" - Nagelsman

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman Meksika ilə yoldaşlıq görüşündən sonra (2:2) açıqlama verib.

Fanat.Az xəbər verir ki, "Kicker" onun dediklərini belə çatdırıb:

"Elə şeylər var ki, biz onları bugünkündən daha yaxşı edə bilərik. Artıq inanıram ki, daha çox çalışsaq, yaxın bir neçə aya "artıracağıq". Komanda meydanda sürətli görünmək istəyir. Mən heç vaxt nəyisə bu qədər tez edən komandanı çalışdırmamışam. Adətən yığma komandalar dörd-altı həftəlik hazırlıq keçir və bu, istənilən nəticəni vermir. Hətta yaxşı hazırlıq üçün bəzən daha uzun vaxt tələb olunur.  Ancaq bizdə belə deyildi".

Nagelsman bu ilin sentyabrından Almaniya millisinə baş məşqçi təyin olunub. Bundestim onun rəhbərliyi altında 2 yoxlama görüşünə çıxıb. Almanlar 1-ci qarşılaşmada ABŞ millisi üzərində 3:1 hesablı qələbə qazanıblar.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər