Həbsdən çıxan oyunçu ən yaxşı seçildi

Həbsdən çıxan oyunçu ən yaxşı seçildi
Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, bu, "Soçi”nin hücumçusu Aleksandr Kokorindir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Kokorin mart ayında "Soçi”nin heyətində 4 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında həbs olunan Kokorin, 2019-cu ilin sentyabrında azadlığa buraxılıb. O, yanvarda icarə əsasında "Zenit”dən "Soçi”yə keçib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər