Həbib koronavirus testi verməkdən imtina etdi

Həbib koronavirus testi verməkdən imtina etdi
Yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov koronavirus testi verməkdən imtina edib.
Fanat.Az "Mash" teleqram kanalına istinadən xəbər verir ki, Həbibə tam müayinədən keçmək və koronavirus analizi vermək təklif edilsə də, o, bütün diqqətini atasına yönəltmək istədiyini bildirərək "yox" cavabı verib.
Rus döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov hazırda komadadı. Daha öncə onun koronavirusa yoluxduğu açıqlanmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər