"Həbib inanılmaz dərəcədə varlıdı. Onun pula ehtiyacı yoxdu"

"Həbib inanılmaz dərəcədə varlıdı. Onun pula ehtiyacı yoxdu"
UFC rəhbəri Deyna Uayt "Menace and The Man Show" "YouTube" kanalının efirində qonaq olub.
Fanat.Az xəbər verir ki, Uayta Həbib Nurməhəmmədovu Konor Makqreqorla revanş döyüşünə çıxmağa razı sala bilməməsinin səbəbləri barədə sual ünvanlanıb. Amerikalı funksioner qeyd edib:
"Böyük bir çekdən istifadə edərək Həbibi oktaqona çıxarmağın mümkün olduğunu düşünürsünüz? İnsanlar Həbibin inanılmaz dərəcədə varlı olduğunu başa düşmürlər. Onun pula ehtiyacı yoxdu".
Nurməhəmmədov 2018-ci ildə Makqreqoru məğlub edərək titulunu müdafiə etmişdi. Daha əvvəl rus idmançının yalnız bir şərtlə Konorla revanş döyüşünə çıxmağa hazır olduğuna dair xəbərlər yayılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər