Hamza Hamzaoğlu geri dönür?

Hamza Hamzaoğlu geri dönür?

"Bursaspor"da vəzifəsindən ayrılan baş məşqçi Hamza Hamzaoğlunun adı keçmiş klubu "Akhisar Bələdiyəspor"la hallanır. 

Fanat.Az xəbər verir ki, "Akhisar Bələdiyəspor"un baş məşqçisi Tolunay Kafkasın "Karyeramda ən çətinlik çəkdiyim klubdu. Komandanı bir nöqtəyə gətirə bilmədik" açıqlaması ayrılıq siqnalı verib. 

"Akhisar"ı Super Liqaya gətirən və klubda böyük əməyi olan Hamza Hamzaoğlunun yenidən bu posta gətiriləcəyi söylənilir. Lakin rəhbərlik bu addımı Kafkasın istefa qərarından sonra atacağı bildirilib. 

Tolunay Kafkasın digər peşmanlığı isə dövrələr arası fasilədə 1,6 milyon avro və Mustafa Yumlu qarşılığında "Trabzonspor"a  satılan Rodalleganın boşluğunun dolmamasıdır. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər