"Hamı üçün darıxdırıcı olmalı, eyni şeyləri təkrarlamalıyıq"

"Hamı üçün darıxdırıcı olmalı, eyni şeyləri təkrarlamalıyıq"

İngiltərə Premyer Liqasının lideri olan "Arsenal"ın baş məşqçisi Mikel Arteta "Sauthempton"la oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ESPN onun dediklərini belə çatdırıb:

"Biz hamı üçün darıxdırıcı olmalı, eyni şeyləri təkrarlamalı və öz hədəflərimizə köklənməliyik, vəssalam. Mənim futbolçularım azarkeşlərimizin gözü önündə lazımi nəticəni qazanmaq üçün sabahkı oyunu səbirsizliklə gözləyirlər. Çempionatda cəmi yeddi oyunumuz qalıb ki, onlardan da dördü "Emireyts"dədir".

Qeyd edək ki, "Arsenal" - "Sauthempton" matçı sabah keçiriləcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər