"Hamı Həbibin döyüşə çıxmayacağını bilirdi" - Deyna Uayt

"Hamı Həbibin döyüşə çıxmayacağını bilirdi" - Deyna Uayt
UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, son olaraq UFC-nin prezidenti Deyna Uayt məsələyə münasibət bildirib:
"Onsuz da, hamı Həbibin döyüşə çıxmayacağını bilirdi. Ferqyuson Qeyciyə qarşı? Mən döyüşün təfərrüatlarını mətbuatla müzakirə etmirəm".
Həbib koronavirus pandemiyası səbəbindən döyüşdən imtina etdiyini açıqlayıb. Castin Qeycinin onu əvəzləyəcəyinə dair xəbərlər yayılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər