“Hamı burda çətinliklə üzləşir” - Elxan Abdullayev

“Hamı burda çətinliklə üzləşir” - Elxan Abdullayev

“Oyunun belə ağır keçəcəyini gözləyirdik. “AZAL Arena”nın meydançasında oynamağın çətin olacağını da bilirdik”. Bunu “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda AZAL-ın qonağı olan “Neftçi” Daniel Seqovianın 4-cü dəqiqədə vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Abdullayev vacib qələbə əldə etdiklərini söyləyib: “Bütün komandalar AZAL-a qarşı səfərdə çətinliklə üzləşirlər. Ancaq biz bura 3 xal dalınca gəlmişdik və buna da nail olduq”.(Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər