Amerikalı Blair O`Neal gözəlliyi və uğurları sayəsində qolf meydanlarının ən məşhur simalarından birinə çevrilib.
O, qolf sayəsində qazandığı şöhrəti modellik edərək daha da artırır. Dünyaca ünlü maqazin dərgilərinə bir-birindən iddialı pozlar verən Blair ABŞ-ın televiziya şoularında ən çox maraq kəsb edən simalardan birinidi.
11 yaşında başladığı qolf sahəsində 2 dəfə ABŞ Universitet Liqasının çempionu olan O`Nealın modelliyə başlamasının hekayəsi olduqca ilgincdir. Universiteti bitirdikdən sonra ağır zədə alan və bu səbəbdən maliyyə problemləri ilə mübarizə aparmalı olan gözəlçə pul qazanmaq üçün modelliyə başlayıb.
Gözəlliyi və cəsur pozları ilə qısa müddətdə məşhurlaşan Blair maliyyə vəziyyətini düzəltdikdən sonra yenidən qolfa başlayıb və 5 il yaşıl meydanlarda özünü göstərib.
Qolf ikinci dönüşü zamanı gözəldiyi uğuru qazana bilməyən O`Neal "Golf Channel"in realiti-şou olan "Big Break"ə qatılıb və çempion olub.
"Big Break"dan sonra bir müddət peşəkar qolfa davam edən gözəl idmançı indi sevimli idman növü ilə sadəcə hobbi olaraq maraqlanır.
Fanat.Az