Gürcüstanın U-21 millisindən tarixi uğur

Gürcüstanın U-21 millisindən tarixi uğur

Gürcüstanın U-21 millisi gənclər arasında Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

Fanat.Az xəbər verir ki, qonşu ölkənin yığması bu gün qrupda son oyununu keçirib.

Niderlandla 1:1 hesablı heç-heçə edən komanda 5 xalla A qrupunu lider kimi başa vurub.

Bununla da Gürcüstanın U-21 millisi tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə - 1/4 finala yüksəlib. 4 xalla qrupda 2-ci olan Portuqaliya da pley-off-da oynamaq hüququ qazanıb. Niderland 3 xalla qrupda 3-cü, Belçika isə 2 xalla sonuncu olub.

Xatırladaq ki, gənclər arasında Avropa çempionatı Gürcüstan və Rumıniyada keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər