Gürcüstanın millimizlə oyun üçün heyəti

Gürcüstanın millimizlə oyun üçün heyəti
21 yaşadək futbolçulardan ibarət yığmamızın Antalyada yoxlama oyunu keçirəcəyi Gürcüstan millisinin heyəti açıqlanıb.
 
Fanat.Az xəbər verir ki, ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb. Siyahıda 24 futbolçu yer alıb.
Qapıçılar: Levan Şovnadze, Georgi Çoçişvili, Oto Qoşadze.
Müdafiəçilər: Roman Çaçua, Ani Çiçinadze, David Kobauri, Akaki Şulaya, Quram Qiorberidze, İrakli Komaxidze, Luka Qadrani, Georgi Kantariya, Avtandil Qudcabidze, Andro Giorqadze.
Yarımüdafiəçilər: David Samurkasov, Paata Quduşauri, Qabriel Saqirişvili, Nikoloz Başaleişvili, Georgi Xarebaşvili, Levan Maçaraşvili, Luka Nadiradze, İrakli Ruxadze.
Hücumçular: Beka Mikeladze, Vato Arveladze, Beka Kavtaradze.
Qeyd edək ki, Azərbaycan – Gürcüstan oyunu Rəşad Sadıqovun U-21-in baş məşqçisi kimi ilk matçı olacaq. Yanvarın 23-də, Antalyada "Mardan" stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər