Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

Gürcüstan millisi Avropa çempionatının final mərhələsinə yüksəldiyi üçün 3 milyon lari (təxminən 1,09 milyon dollar) mükafat alacaq. 

Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclası zamanı çıxışında deyib.

Gürcüstan millisi mart ayında AÇ-2024-ə vəsiqə uğrunda pley-off finalında Yunanıstanı məğlub edib (0:0, penaltilər üzrə 3:2) və tarixində ilk dəfə olaraq turnirin final mərhələsinə yüksəlib.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Gürcüstan millisi Türkiyə, Çexiya və Portuqaliya ilə birlikdə F qrupunda yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər