Gürcü oyunçu İngiltərə nəhənginə keçməyə yaxındır

Gürcü oyunçu İngiltərə nəhənginə keçməyə yaxındır

"Valensiya"da çıxış edən gürcüstanlı qapıçı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqası nəhəngində davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, 23 yaşlı qolkiperin xidmətində "Liverpul" maraqlıdır. Mersisaydlılar Alisson Bekkerdən ayrılacağı təqdirdə Mamardaşvilinin namizədliyini nəzərdən keçirir. Braziliyalı qolkiperin “qırmızılar”ı tərk edərək Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi gözlənilir. 

Mamardaşvilinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir. Gürcü oyunçu ilə “yarasalar” arasındakı hazırki müqavilənin müddəti 2027-ci ilin iyunun sonuna qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər