Günün transfer xəbərləri: Klublar yeni mövsümə necə hazırlaşır?

Günün transfer xəbərləri: Klublar yeni mövsümə necə hazırlaşır?

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Rəsmi: Andrea Pirlo "Sampdoriya"nın baş məşqçisi təyin olunub. 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Rəsmi: “Yuventus” Adrian Rabyo ilə müqaviləni yeniləyib. 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Rəsmi: “Vilyarreal” Denis Suaresi heyətinə cəlb edib. “Selta”dan gələn futbolçu ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu 2015/2016 mövsümündə “Vilyarreal”da çıxış edib.

Rəsmi:  “Ankaragücü” müdafiəçiləri Uroş Radakoviç və Stelios Kitsiu ilə sözləşməni yeniləyib. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər