Güləşçimiz Fransada ermənini məğlub etdi

Güləşçimiz Fransada ermənini məğlub etdi

Fransada klublararası güləş çempionatına start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yunan-Roma güləşi millisinin üzvü İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası ilk turda "Mets"lə üz-üzə gəlib.

Avropa çempionatının və Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısı olan pəhləvanımız bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3.

Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər