"Grand Chess Tour": Məmmədyarov 13-cüdür

"Grand Chess Tour": Məmmədyarov 13-cüdür

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının ümumi sıralamasında 13-cü yerdə qərarlaşıb.

Fanat.Az xəbər verir ki, üç mərhələdən ikisinə qatılan 37 yaşlı qrossmeysterin hesabında 5 xal var. Bu nəticə ilə o, Yorden Van Foreestlə (Niderland) birgə hazırda 13-cü sırada yer alır.

Qeyd edək ki, Məmmədyarov 20-24 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə rapid və blits üzrə keçirilən üçüncü mərhələdə 10 şahmatçı arasında 7-ci olub. Növbəti mərhələ yarışı 24-31 avqust tarixlərində ABŞ-ın Sent Luis şəhərində keçiriləcək. Həmin turnir də rapid və blits üzrə təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər