Generallar Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

Generallar Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi
Müdafiə Nazirliyinin rəhbərliyi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Fanat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Müdafiə naziri general-polkovnik Zakir Həsənov
general-polkovnik Kərəm Mustafayev
general-leytenant Kərim Vəliyev
general-leytenant Ramiz Tahirov
general-leytenant Nizam Osmanov".
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər