"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 58 yaşlı mütəxəssisin sözlərini "Milan News" belə təqdim edib:
"Klub məni mümkün olan ən yaxşı şərtlər altında işləməyə məcbur edir. Olduqca keyfiyyətli komandanın baş məşqçisiyəm. Gələcək barədə çox söz-söhbətlər eşidirik. Gələcək nəinki böyük klubun baş məşqçisi, hamı üçün qeyri-müəyyəndir. Hamımız qarşıdakı matça köklənmişik. Vacib olan məhz budur.
"Milan"da olmaq mənim üçün xüsusi haldır. "Rossonerlər"in baş məşqçisi olandan bəri uğur naminə bacardığım hər şeyi edirəm. Çox iş görmək həm də çox tənqid eşitmək deməkdir. Bunu normal qarşılayıram. Hədəfim işimi daha yaxşı görmək, "Milan"da daha uzun müddət qalmaqdır".
Qeyd edək ki, 59 xalı olan "Milan" İtaliya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Nihat