"Füzuli" yoxlama oyunu keçirəcək

"Füzuli" yoxlama oyunu keçirəcək

İkinci Liqa hazırlıqlarını davam etdirən "Füzuli" komandası mövsümöncəsi təlim-məşq toplanışında ilk yoldaşlıq oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

16 iyulda baş tutacaq sınaq matçında rəqib Bakının "Lokomotiv" komandası olacaq. Qarşılaşma "ASK Arena"nın 4-cü meydançasında keçiriləcək.   İsti hava şəraitini nəzərə alan tərəflər görüşü saat 22:00-a təyin ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər