“Füzuli” və “Göygöl” qalib gəldi, “Şəmkir” məğlub oldu

“Füzuli” və “Göygöl” qalib gəldi, “Şəmkir” məğlub oldu

II Liqada 3-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Füzuli” “Qusar”ı, “Baku Sportinq” “Şahdağ Qusar”ı, “Göygöl” “Kür-Araz”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Şəmkir” - “Dinamo” matçında isə qonaqlar qələbə qazanıblar.

II Liqa 3-cü tur 19 sentyabr

“Füzuli” – “Qusar” 1:0 Qol: Təmraz Əmircanov, 54-pen. “ASK Arena”, 13:00.

“Baku Sportinq” - “Şahdağ Qusar” 2:1 Qollar: Emil Həsənzadə, 5. Ülvi Quliyev, 52 – Salman Atlıxanov, 30. Binə qəsəbə stadionu, 15:00.

“Göygöl” – “Kür-Araz” 4:2 Qollar: Vüqar Əşrəfli, 12; 90+8. Ziyabil Məmmədov, 72; 90+4 – Elnur Məmmədov, 80. Ramazan Abbasov, 83-pen. Göygöl OİK stadionu, 15:30.

“Şəmkir” – “Dinamo” 2:3 Qollar: Sənan Həsənov, 52; 62 – Vüqar Əlizadə, 18; 27. Valeh Seyidov, 28. Şəmkir OİK stadionu, 16:00.

Turun digər oyunları: “Kürmük Qax” – “Cəbrayıl” 0:3 “Şəki Siti” - “Ağdaş” 2:1 “Lerik” – “Şəfa” 6:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər