Futzal millimiz elit-raunda yenilgi ilə başladı, ruslar şou göstərdi

Futzal millimiz elit-raunda yenilgi ilə başladı, ruslar şou göstərdi

Bu gün futzal üzrə Azərbaycan yığması DÇ-nin seçmə mərhələsinin elit-raundunda ilk oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, C qrupunda yer alan seçməmiz Osiek şəhərindəki "Qradski vrt Arena”da Xorvatiya yığması ilə üz-üzə gəlib.

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq komandalar isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər. Pley-off mərhələsi aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Yığmamız qrup ikincisi ola bilsə, D qrupunun ikincisi ilə oynayacaq.

Xorvatiya – Azərbaycan 2:0

Qollar: Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.

Hakimlər: Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer (hamısı İtaliya).

Osiek şəhəri. Qradski vrt Arena.

Xorvatiya: 12. Zarko Luketin (q), 20. Zoran Primiç (q), 3. Yosip Jurlina, 10. Tihomir Novak, 11. Yosip Suton, 16. Luka Suton, 8. Duşko Martinaç, 15. Matey Horvat, 9. Luka Periç, 13. Kristian Postrujin, 7. Franko Yelovçiç, 5. Duje Bayruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç.

Baş məşqçi: Mato Stankoviç

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 1. Emin Kürdov (q), 3. Tyaqo Telles Martins "Bolinya”, 10. Oliveyra Da Nasimento "Vassura”, 5. Amir Şocaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conathan Luiz De Angelis "Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali, 9. Rafael Vilela, 13. Kardoso Everton.

Baş məşqçi: Joze Alesio Da Silva.

Qrupun digər oyunu

Rusiya – Slovakiya 7:1 (3:1)

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər