Frenk Lempardın adı Şöhrət Zalına daxil edildi

Frenk Lempardın adı Şöhrət Zalına daxil edildi
"Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 
Karyerası ərzində "Çelsi", "Vest Hem" və "Mançester Siti"də çıxış etmiş 42 yaşlı veteran futbolçu Premyer Liqada 609 matç keçirib və 177 qola imza atıb. 
O, "Çelsi" formasıyla 3 dəfə İngiltərə çempionu olub. 
Qeyd edək ki, Şöhrət Zalına Tyerri Anri, Alan Şirer, Erik Kantonanın da adı daxil edilib. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər