Əfsanəvi fransız futbolçu Tyeri Anri karyerasını Fransanın qadınlardan ibarət yığmasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Lequipe” saytı məlumat yayıb.
"Monako"nun baş məşqçisi kimi təcrübəsi olan 45 yaşlı çalışdırıcı, millinin bəzi futbolçuları ilə münaqişədən sonra qovulan Korin Diakrın yerinə əsas namizəddir.
Qeyd edək ki, Tyeri Anrinin son iş yeri Belçika millisi olub. Fransız mütəxəssis ötən ilin sonuna kimi Roberto Martinezin köməkçisi vəzifəsində çalışıb.
Mirağa