Fransa nəhəngi 70 ildən sonra bu aqibəti yaşadı

Fransa nəhəngi 70 ildən sonra bu aqibəti yaşadı

Fransa çempionatı "Olimpik Lion" üçün uğursuz start götürüb. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda səfərdə "Renn"ə 0:3 hesabı ilə uduzub. 

"Opta Sports"-un hesablamasına görə, bu məğlubiyyət “uşaqlar”ın son yetmiş ildə çempionatın açılış matçlarındakı ən böyük yenilgisi olub. Sonuncu dəfə “Olimpik Lion” 1954-cü il avqustun 22-nə təsadüf edən çempionatın açılış matçında “Nitsa”ya daha pis hesabla uduzub – o zaman komanda 3:7 hesabı ilə məğlub olub. 

"Olimpik Lion" növbəti turda doğma meydanda “Monako” ilə qarşılaşacaq. Bu görüş avqustun 25-də baş tutacaq. Fransa nəhəngi ötən mövsüm liqa cədvəlini 6-cı pillədə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər