Fransa kubokunda kütləvi dava: Matç yarımçıq dayandırıldı  - VİDEO

Fransa kubokunda kütləvi dava: Matç yarımçıq dayandırıldı  - VİDEO

"Paris" və "Lion" komandaları arasında Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.

Fanat.Az "French Football News"a istinadən xəbər verir ki, buna fasilədə azarkeşlər arasında baş vermiş kütləvi dava səbəb olub. Nəticədə azarkeşlərin əksəriyyəti tribunadan futbol meydançasına daxil olub.

Həmin anın videosunu təqdim edirik: 

 

Hadisə haqda danışan "Paris" klubunun azarkeşlərindən biri “Mənim sözüm yoxdur... Fasilədə “Lion” azarkeşlərinin bizə hücum etdiyini gördüm. Bu, mənə 1990-cı illərdə İngiltərədə futbol xuliqanları ilə bağlı gördüyüm dəhşətli mənzərəni xatırlatdı” 

Qeyd edək ki, oyunun nəticəsinin necə olacağı barədə məlumat verilməyib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər