Fransa klubu satıldı

Fransa klubu satıldı
Fransanın "Lill" klubunun sahibi dəyişib.
Fanat.Az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun səhmlərini "Callisto Sporting" şirkəti alıb. Bu dəyişiklikdən sonra "Renn"in sabiq prezidenti Olivye Letanq "Lill"in yeni baş direktoru təyin edilib.
Klub daha əvvəl "Victory Soccer Limited" kompaniyasına məxsus idi.
Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "Lill" dekabrın 20-də Fransa çempionatının XVI turu çərçivəsində PSJ ilə qarşılaşacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər