Fransa çempionatında komanda sayı artırılacaq - RƏSMİ

Fransa çempionatında komanda sayı artırılacaq - RƏSMİ
Fransada koronavirus pandemiyası üzündən yarımçıq yekunlaşdırılan Liqa 2 ilə bağlı önəmli qərar qəbul edilib.
 
Fanat.Az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 2-də heç bir iştirakçının aşağı diviziona düşməyəcəyini, sözügedən birincilikdə komanda sayının artırılacağını açıqlayıb.
 
2020/21 mövsümündə Liqa 2-dəki mübarizəyə gücünə görə 3-cü olan çempionatdan iki klub da qoşulacaq və komanda sayı 22 olacaq. 
 
Xatırladaq ki, Liqa 1-də də mövsüm erkən yekunlaşdırılıb və lider PSJ çempion elan olunub. Son iki yeri tutan "Amyen” və "Tuluza” isə elitanı tərk edib və Liqa 2-yə düşüb. Əvəzində Liqa 2-də ilk iki pilləni tutan "Loryan” və "Lans” Liqa 1-ə vəsiqə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər