Fofananın yeni klubu bəlli oldu

Fofananın yeni klubu bəlli oldu

"Çelsi"nin hücumçusu David Fofana tezliklə "Börnli"nin futbolçusu olacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar 21 yaşlı kotdivuarlının icarəsi ilə bağlı razılığa gəliblər.

Futbolçu sabah, yanvarın 13-də tibbi müayinədən keçəcək. 

Razılaşmaya əsasən, “Börnli” Fofananın maaşını tam ödəyəcək və klubun mövsümün sonunda futbolçunu almaq hüququna malik olmayacaq.

Mövsümün ilk yarısında Fofana icarə əsasında "Berlin Union"da çıxış edib. Onun aktivində 17 oyun, 2 qol və 1 məhsuldar ötürmə var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər