Florentino Peresdən Ronaldunu qaytarmağı xahiş etdilər

Florentino Peresdən Ronaldunu qaytarmağı xahiş etdilər

"Real Madrid"in prezidenti Florentino Peresdən hücumçu Kriştianu Ronaldunu transfer etməyi xahiş ediblər.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionunun rəhbəri komandanın yeni mövsümə hazırlaşdığı Los-Ancelesə gəlib və məşq kompleksinə toplaşan azarkeşlərə 15 dəqiqə ərzində avtoqraf paylayıb.

Azarkeşlədən biri Peresdən hücumçu Kriştianu Ronaldunu heyətə qaytarmağı xahiş edib:

"Onun "Atletiko"ya getməsinə imkan verməyin, Florentino! Onu "Real"a qaytarın" .

Klub prezidenti buna heç bir reaksiya verməyib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər