Florensiyalılar Barakdan əl çəkmir

Florensiyalılar Barakdan əl çəkmir

"Hellas Verona"nın çexiyalı yarımmüdafiəçisi Antonin Barak karyerasını A Seriyasının digər klubunda davam etdirə bilər. 

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Fiorentina" onu transfer etməyə çalışır. 

Verona klubu ilk təklifi geri çevirsə də, florensiyalılar danışıqları davam etdirir.

Barak bazar ertəsi İtaliya çempionatının ilk turunun "Napoli" ilə oyununda əsas heyətdə yer almayıb. Kokandanın yeni baş məşqçisi Qabriel Cioffi bunu çexiyalı futbolçunun səhhətində yaranmış problemlə əlaqələndirsə də, səbəb onun klubdan ayrılmaq istəyi ilə bağlıdır. 

Qeyd edək ki, Çexiya millisinin 27 yaşlı oyunçusu 2017-ci ildən İtaliyada çıxış edir. O, son mövsümdə 11 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər