"Firminonun məni yanlış kluba yönəltmək istədiyini sezdim" - Sadio Mane 

"Firminonun məni yanlış kluba yönəltmək istədiyini sezdim" - Sadio Mane 

"Əl-Nəsr"in hücumçusu Sadio Mane "Liverpul"dakı sabiq komanda yoldaşının - hazırda digər Səudiyyə Ərəbistanı klubu "Əl-Əhli"nin formasını geyinən Roberto Firminonun onu necə dilə tutduğunu açıqlayıb. 

Fanat.Az xəbər verir ki, seneqallı ulduzun dediklərini şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Ben Ceykobs belə çatdırıb:

"Bura gəlməmişdən öncə Firmino ilə danışmışdım və ünsiyyət zamanı məni yanlış kluba yönəltmək istədiyini sezmişdim. Zarafat edirəm! O, mənə iki-üç dəfə zəng vurdu və "Əl-Əhli" variantının daha yaxşı olduğuna inandırmaq istədi".

Qeyd edək ki, Mane avqustun 1-dən, Kriştianu isə bu ilin yanvarından "Əl-Nəsr"in futbolçusudur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər